Noy
2023
21:49
135
21
818
Virtual karabakh

Küveytli səyyah: “Ağdamda, Şuşada dağılmış yaşayış yerlərini görmək kədərlidir”

4 Noy, 2023
21:49
818

Küveytli səyyah: “Ağdamda, Şuşada dağılmış yaşayış yerlərini görmək kədərlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ağdamda, Şuşada dağılmış binaları, yaşayış yerlərini görmək həqiqətən də kədərlidir. Dünyanın bir çox yerində olmuşam, müharibəni və müharibədən sonrakı vəziyyəti, oxşar tarixi bir neçə yerdə görmüşəm. Müharibə və qarşıdurmalar həmişə ürəyimi parçalayır. Bu binalar, bu evlər bir tarixdir və tarixi məhv etmək çox üzücüdür”.

Bu sözləri Ağdamda AZƏRTAC-a açıqlamasında Küveytdən gəlmiş səyyah Bader Alşuaib söyləyib.

Qarabağ bölgəsinə ilk dəfə səfər etdiyini bildirən Küveytli səyyah deyib:

“Mən tarixi öyrənmək üçün buradayam. Buranın keçmişini gördüm və indi gələcəyinin necə olacağını az da olsa təsəvvür edirəm. Burada gördüyüm odur ki, Azərbaycan hökuməti bu regionda daha parlaq gələcək qurur. Əgər investisiya şirkətləri buradakı turizm sektoruna maraq görsətsələr, əminəm ki, regionda turizmi inkişaf etdirmək üçün yaxşı potensial var”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri