20 
Noy
2023
16:12
51
8
1303
Virtual karabakh

Zəngilan və Alıbəyli kəndlərinin ilkin konsepsiyası sakinlərə təqdim olunub - FOTO

20 Noy, 2023
16:12
1303

Zəngilan və Alıbəyli kəndlərinin ilkin konsepsiyası sakinlərə təqdim olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğaldan azad edilmiş və yenidən tikintisi nəzərdə tutulan yaşayış məskənlərinin sakinləri ilə növbəti görüş keçirilib.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil edilən görüşdə Zəngilan rayonunun Alıbəyli və Zəngilan kəndlərinin sakinləri iştirak ediblər.

Qurumdan verilən məlumata görə, tədbirin məqsədi kəndlərin tarixi, mədəni irsi və sosial dəyərləri, digər özəllikləri barədə ətraflı məlumat toplamaq və onların ilkin konsepsiyasını sakinlərə təqdim etməkdir.

Həmçinin, görüşdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, onların istək və təklifləri dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri