30 
Noy
2023
13:52
66
9
3480
Virtual karabakh

Rüşvət almaqda ittiham olunan hərbi hissə komandirinin müavininə hökm oxunub

30 Noy, 2023
13:52
3480

Rüşvət almaqda ittiham olunan hərbi hissə komandirinin müavininə hökm oxunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rüşvət almaqda təqsirləndirilən N saylı hərbi hissənin komandirinin müavini A. Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A.Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində bir il sınaq müddəti seçilib və Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib.

Məhkəmə A.Ağayevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Şücaətə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə, Azərbaycan Prezidentinin Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilməsini və Azərbaycan Ordusunun antiterror tədbirlərində fəal iştirak etməsini nəzərə alıb.

Qeyd edək ki, A.Ağayev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qərargah rəisi, hərbi hissə komandirinin müavini kimi çalışıb. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib.

İttihama görə, o, tabeçiliyində olan əsgər və müddətdən artıq hərbi qulluqçulara icazələrin və buraxılışların verilməsi müqabilində rüşvət alıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri