Dek
2023
02:05
12
389
8235
Virtual karabakh

Bədbəxt hadisə nəticəsində ölən məktəblinin əmisi: “Qardaşı ilə dərsə gedirdi” - YENİLƏNİB + FOTO/VİDEO

2 Dek, 2023
02:05
8235

Bədbəxt hadisə nəticəsində ölən məktəblinin əmisi: “Qardaşı ilə dərsə gedirdi” - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zərdabda yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edən məktəblinin yaxınları danışıblar.

Qəza nəticəsində vəfat edən Nurayın əmisi bildirib ki, hadisə zamanı sürücü avtomobili yüksək sürətlə idarə edib:

“İkinci sinifdə təhsil alan Nuray qardaşı ilə birikdə dərsə gedirdi. Bədbəxt hadisə nəticəsində qardaşı kənara çəkilib. Lakin Nurayı avtomobil vurub”.

Qeyd edək ki, VAZ-2107 markalı avtomobilin sürücüsü - 46 yaşlı Tapdıq Feyzullayev idarə etdiyi avtomobillə kənd sakini yeddi yaşlı Nuray Zülfüqarlını vurub. Ağır bədən xəsarəti alan azyaşlı hadisəni törədən sürücünün köməyi ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ətraflı Baku TV-nin süjetində:

01.12.2023, 15:29

Daxili İşlər Nazirliyi (DİN) Zərdab rayonunda şagirdin bədbəxt hadisə nəticəsində vəfat etməsi barədə açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a bildirib ki, qeyd edilən hadisə səhər saatlarında rayonun Əlvənd kəndi ərazisində baş verib:

“T.Feyzullayev idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman məktəblini vurub. Məktəbli xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Zərdab RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır”.

01.12.2023, 14:24

Zərdab rayonunda şagird bədbəxt hadisə nəticəsində vəfat edib. 

Oxu.Az-ın məlumatına görə, bu gün Nuray Zülfüqarlı məktəbə gedən zaman onu avtomobil vurub. 

O, hadisə yerində vəfat edib. 

Faktla bağlı araşdırma aparılır. 

N.Zülfüqarlı Əlvənd kənd tam orta məktəbinin ikinci sinif şagirdi olub.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri