Dek
2023
17:56
79
12
1512
Virtual karabakh

Vətəndaşlardan silah-sursat götürülüb - FOTO

5 Dek, 2023
17:56
1512

Vətəndaşlardan silah-sursat götürülüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlax Rayon Polis Şöbəsi tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdkləri profilaktiki tədbirlərlə qanunsuz saxlanılan silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Qeyd edilən tədbirlər zamanı polis əməkdaşları tərəfindən daha üç müxtəlif kalibrli ov silahı təhvil götürülüb.

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.

Bu istiqamətdə keçirilən növbəti tədbirlərlə Binəqədi rayon sakini məişət tullantılar olan qutudan tapdığı “Makarov” markalı tapançanı, ona aid daraq və beş ədəd patronu rayon polis idarəsinin 43-cü Polis Bölməsinə təhvil verib.

Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan bir ədəd avtomat, bir ədəd daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər şəhər sakini müvafiq sənədləri olmayan ov tüfəngini polis əməkdaşlarına təhvil verib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Qubada xeyli sayda silah-sursat aşkarlanıb/

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə,  Quba Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisindən beş ədəd “AK-74” markalı avtomat, 8 ədəd patron darağı, 10 ədəd tüfəng,  11 ədəd qumbara, 11 ədəd qumbara alışdırıcısı və 310 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Fakt üzrə Quba RPŞ-də müvafiq araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri