Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda daha bir məktəbli qızılcadan ölüb - YENİLƏNİB + VİDEO
Neftçala rayonunun Aşağı Surra kənd orta məktəbinin şagirdi qızılca səbəbindən vəfat edib.
Bu barədə APA-ya Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
Xatırladaq ki, bu, son günlər ərzində qızılcadan həyatını itirən dördüncü uşaqdır.
17:43
Neftçala rayonunun Aşağı Surra kəndində 10 yaşlı məktəbli qızılcadan ölüb.
“Report”un Aran bürosu xəbər verir ki, kənd sakini - 2013-cü il təvəllüdlü Samirə Elxan qızı Əliyeva xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm halı qeydə alınıb.
Yaxınlarının bildirdiyinə görə, o, bir həftə əvvəl qızılcaya yoluxub. Ailəsi onu ev şəraitində müalicə etməyə çalışıb. Lakin getdikcə vəziyyəti daha da ağırlaşıb. S.Əliyeva xəstəxanaya aparılan zaman yolda vəfat edib.
Onun qardaşı da bir müddət əvvəl qızılcaya yoluxub və sağalıb.
Qeyd edək ki, S.Əliyeva Aşağı Surra kənd tam orta məktəbinin 5-ci sinfində təhsil alırmış.
Məlumata görə, məktəblinin qızılcaya yoluxmasından sonra təhsil müəssisəsi dezinfeksiya edilib. Digər şagirdlərin səhhəti nəzarətdə saxlanılır.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bu, son günlər ərzində qızılcadan həyatını itirən dördüncü uşaqdır.
Rəylər