Dek
2023
12:31
63
50
1915
Virtual karabakh

Bakıda 12 dərəcə isti olacaq, bölgələrdə yağış, qar yağacaq - HAVA PROQNOZU

7 Dek, 2023
12:31
1915

Bakıda 12 dərəcə isti olacaq, bölgələrdə yağış, qar yağacaq - HAVA PROQNOZU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə ərazisində dekabrın 7-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 9-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 8-13 dərəcə  isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri