Bakıda vəkilin özünü yandıraraq intihar etməsi faktı ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, Salyan Vəkil bürosunun vəkili Zaur İsa oğlu Məmmədovun Vəkillər Kollegiyasının qarşısında üzərinə tezalışan maddə tökərək özünü yandırması faktı ilə bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Bakıda vəkilin intihar etməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB + FOTO/VİDEO
20:11
Vəkil Zaur Məmmədov intihar edib.
“Qafqazinfo”nun məlumatına görə, Z.Məmmədov hələlik bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə Vəkillər Kollegiyasının yanında qeydə alınıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb ediliblər.
Qeyd edək ki, Zaur Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərirdi.
Rəylər