Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Heydər Məmmədov: "Ali hüquq təhsili alan gənclərin çoxu prokurorluq əməkdaşı olmaq istəyir"
"Ali hüquq təhsili alan gənclərin çoxu prokurorluq əməkdaşı olmaq istəyir".
Oxu.Az xəbər verir ki, bunu baş prokurorun müavini Heydər Məmmədov prokurorluğa işə qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi zamanı jurnalistlərə açıqlamasında deyib.
H.Məmmədov bildirib ki, Prezident İlham Əliyevin sayəsində, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında müasir məzmunlu islahat tədbirləri intensiv surətdə davam edir:
"İslahatlar müxtəlifdir, çoxşaxəlidir və prokurorluğun bütün fəaliyyət istiqamətlərini əhatə edir. İstintaqın keyfiyyətinin artırılması, həm prosessual nəzarətin, həm dövlət ittihamının müdafiəsinin gücləndirilməsi, digər tərəfdən innovativ yeniliklər, gənclərin şəffaf prosedurlara əsaslanan müsabiqələr yolu ilə kadr korpusunun gücləndirilməsi - bütün bu faktorlar gənclərdə ruh yüksəkliyi yaradır. Ona görə də, gənclər məhkəmə-hüquq sisteminin aparıcı qüvvəsi olan prokurorluqda işləmək arzusundadır. Təsadüfi deyil ki, bu gün ali hüquq təhsili alan gənclərin əksəriyyəti prokurorluq əməkdaşı olmaq istəyir".
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Baş Prokurorluq təyyarə qəzası ilə bağlı məlumat yaydı - Xəbərlərin 20:00 buraxılışı
- Baş Prokurorluqdan təyyarə qəzasının istintaqı ilə bağlı AÇIQLAMA
- Vəzifəli şəxs qanunsuz yollarla vətəndaşların pulunu mənimsəyib
- Hərbi cinayətkar Ruben Vardanyanın məhkəməsi başlayır
- Polşa Gürcüstan vətəndaşının Azərbaycana ekstradisiyasına razılıq verib
Rəylər