Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan Premyer Liqasında son səkkiz mövsümün antirekordu qeydə alınıb
Azərbaycan Premyer Liqasının XII turu aşağı məhsuldarlıqla əlamətdar olub. Baş tutan beş görüşdə beş qol vurulub.
Oxu.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yalnız "Şamaxı" - "Zirə" görüşündə (0:2) iki qol qeydə alınıb. "Neftçi" - "Araz-Naxçıvan" (0:1), "Kəpəz" - "Səbail" və "Sumqayıt" - "Sabah" (hər ikisi 1:0) matçlarında bir top vurulub.
Turun mərkəzi görüşü sayılan "Turan Tovuz"la "Qarabağ"ın matçı isə qolsuz başa çatıb. Turda orta məhsuldarlıq 1.00-ə bərabər olub.
Qeyd edək ki, bu, son səkkiz mövsümün antirekordudur. Həm eyni, həm də daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/17 mövsümündə yaşanıb. Həmin vaxt 4 matçın keçirildiyi XXII turda 4 (orta məhsuldarlıq 1.00), II turda cəmi 3 (orta məhsuldarlıq 0.75) qol qeydə alınıb.
Rəylər