Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Son bir ayda Cəlilabadda neçə uşağa qızılcaya qarşı peyvənd vurulub?
Cəlilabad rayonunda qızılcaya qarşı peyvənd işləri davam edir.
“Report”un məlumatına görə, ötən ilin dekabrın birindən 1 962 uşağa qızılca peyvəndi (QPM) vurulub.
Qeyd edək ki, Cəlilabadda noyabr ayından etibarən 273 nəfər (18 yaşdan kiçiklər - 194 nəfər, 18 yaşdan böyüklər - 79 nəfər) şəxs bu virusa yoluxub. Hazırda aktiv xəstə sayı 41 nəfərdir. Ötən gün daha dörd nəfər bu xəstəliyə yoluxub.
"Cəlilabad" teqi üzrə xəbərlər
Ən çox oxunanlar