12 
Fev
2024
18:46
229
18
2596
Virtual karabakh

Dərs saatına görə rüşvət alan direktora hökm oxundu

12 Fev, 2024
18:46
2596

Dərs saatına görə rüşvət alan direktora hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam Musiqi Kollecinin rüşvətdə təqsirləndirilən direktoru Rafail Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində R.Musayev Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilib.

Araşdırmalar zamanı məlum olub ki, R.Musayev 15 müəllimdən dərs saatlarını artırmaq üçün rüşvət götürüb. O, həmçinin kursdan kursa keçmək üçün bəzi tələbələrin yaxınlarından da pul tələb edərək alıb.

Məhkəmə 69 yaşlı R.Musayevi qeyd edilən maddələr üzrə təqsirli bilib. Ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəzası 3 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub. Həmçinin R.Musayev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri də ləğv edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri