22 
Fev
2024
21:35
21
169
7274
Virtual karabakh

Bakı-Sumqayıt qatarında baş verən problemlə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO

22 Fev, 2024
21:35
7274

Bakı-Sumqayıt qatarında baş verən problemlə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün axşam saatlarında Bakı-Sumqayıt istiqamətində hərəkət edən 6623 saylı sürət sərnişin qatarı Pirşağı sahəsində olarkən gərginliyin verilməsində yaranmış texniki nasazlığa görə dayanmalı olub.

Bu barədə Azərbaycan Dəmir Yolları (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, əraziyə cəlb olunan ADY-nin texniki heyətinin dəstəyi ilə nasazlıq aradan qaldırılıb və qatarın hərəkəti bərpa olunub.

“Sözügedən hadisə ilə əlaqədar olaraq həmin istiqamətdə hərəkət edən qatarların qrafikində qismən kənara çıxmalar müşahidə olunur. Bəzi saytlarda qatarın qəzaya uğraması, partlayışın baş verməsi və ya xəsarət alanların olması ilə bağlı yayımlanmış xəbərlər həqiqəti əks etdirmir”, - deyə məlumatda qeyd olunub.

21:00

Bakı-Sumqayıt qatarında qəza baş verib. 

“Unikal” xəbər verir ki, bu barədə sərnişinlər bildiriblər. 

Xilasedicilər sərnişinləri vaqonlardan təxliyə edib. 

Xəsarət alanların olmadığı bildirilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri