Sumqayıtda intihara cəhdin qarşısı alınıb.
“Report” xəbər verir ki, şəhər sakini, 1992-ci il təvəllüdlü Sabir İsmayıl oğlu Mədətov naməlum səbəbdən Corat qəsəbəsində yaşadığı ikimərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsinin yarım tikilisindən özünü asaraq intihar cəhd edib. Cəhdin qarşısı qonşusu, 1992-ci il təvəllüdlü Novruz Arif oğlu Məmmədov tərəfindən alınıb.
O dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.