28 
Fev
2024
22:12
18
250
5134
Virtual karabakh

Bərdədə baş vermiş qəzada ölənlərin kimliyi məlum olub - YENİLƏNİB + FOTO/VİDEO

28 Fev, 2024
22:12
5134

Bərdədə baş vermiş qəzada ölənlərin kimliyi məlum olub - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdədə baş vermiş qəzada ölənlərin kimliyi məlum olub.

“Report”un məlumatına görə, VAZ-2107 markalı avtomobillə “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinin toqquşması zamanı rayonun Seyid Yusifli kənd sakinləri - 1985-ci il təvəllüdlü Anar Rafiq oğlu Qocayev və 1986-cı il təvəllüdlü Eldəniz Ələkbər oğlu Qasımov ölüblər.

Qeyd edək ki, qəza zamanı daha dörd nəfər ağır xəsarətlər alıb. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

21:30

Bərdədə baş verən ağır qəzada yaralananların kimliyi məlum olub.

“Report”un məlumatına görə, qəza zamanı 1996-cı il təvəllüdlü Səxavət Novruz oğlu Əliyev, 2003-cü il təvəllüdlü Ömər Vüqar oğlu Abbasov, 2003-cü il təvəllüdlü Elşən Arif oğlu Allahverdiyev, 1991-ci il təvəllüdlü Elçin Natiq oğlu Qasımov xəsarət alıblar.

Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza zamanı həmçinin iki nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

20:56

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Saatlı kəndi ərazisində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobillə “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb, dörd nəfər ağır yaralanıb.

Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri