Mar
2024
00:26
20
300
5903
Virtual karabakh

Sumqayıtda qohumunu qətlə yetirib, intihara cəhd edən şəxs ölüb - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

2 Mar, 2024
00:26
5903

Sumqayıtda qohumunu qətlə yetirib, intihara cəhd edən şəxs ölüb - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda qaynını öldürüb, sirkə turşusu içən şəxs vəfat edib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, cinayət hadisəsini törətməkdə şübhəli bilinən Ceyhun Alxan oğlu Rzayev müalicə olunduğu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ölüb.

Qeyd edək ki, arvadını boşayan Ceyhun Rzayev qaynını məsələni ayırd etmək üçün evlərinin yanına çağırıb və münaqişə zəminində onu qətlə yetirib. Ceyhun Rzayev bunun ardınca böyük həcmdə sirkə turşusu içərək intihara cəhd edib.

01.03.2023, 23:04

Sumqayıtdakı qətllə bağlı bəzi təfərrüatlar məlum olub.

APA xəbər verir ki, bu gün arvadını boşayan Ceyhun Rzayev qaynını məsələni ayırd etmək üçün evlərinin yanına çağırıb və münaqişə zəminində onu qətlə yetirib.

Ceyhun Rzayev bunun ardınca böyük həcmdə sirkə turşusu içərək intihara cəhd edib.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, orta ağır vəziyyətdə olan həmin şəxsə zəruri tibbi yardımlar göstərilib. Daha sonra isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə edilib.

01.03.2023, 19:08

Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 1981-ci il təvəllüdlü Salahov Nicat Saleh oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Rzayev Ceyhun Alxan oğlu qətli törətdikdən sonra intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib. Qətlə yetirilən şəxslə C.Rzayev onun qohumu olub.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Sumqayıt Şəhər Prokurorluğunda verilən məlumata görə isə, araşdırma zamanı 1976-cı il təvəllüdlü Ceyhun Rzayevin ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla qaynı Nicat Salahova xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra kimyəvi məhlul içərək özünü öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ceyhun Rzayev saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri