Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Baş prokuror: "Bu il intiharların sayı azalıb"
"İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb".
Oxu.Az xəbər verir ki, bunu Baş Prokurorluqda keçirilən geniş Kollegiya İclasında baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, 2024-cü ilin birinci yarımili ərzində intihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb:
"Aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir. 2024-cü ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrinin sayı 1.9%, intihara cəhd hadisələrin sayı isə 8.9% azalıb".
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Beynəlxalq axtarışa verilmiş üç nəfər Rusiyadan Azərbaycana ekstradisiya olundu
- Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin ev-muzeyini ziyarət ediblər
- Nəsimi Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib
- "Tərtər işi" ilə bağlı ittiham olunanlar və zərərçəkənlər işə xitam verilməsini istəyiblər
- Axtarışda olan azərbaycanlı Albaniyada saxlanılıb, ölkəyə gətirilir