Mar
2024
10:31
404
18
1982
Virtual karabakh

Karatenin “Qara brilyant”ının ad günüdür

4 Mar, 2024
10:31
1982

Karatenin “Qara brilyant”ının ad günüdür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün karate üzrə beşqat dünya, 11 qat Avropa çempionu, Olimpiya ikincisi, karatenin “Qara brilyant”ı Rafael Ağayev 39 yaşını qeyd edir.

Oxu.Az xəbər verir ki, Ağayev Rafael Mahir oğlu 4 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.

Qeyd edək ki, atasının yolu ilə gedərək 7 yaşından futbolla, eyni zamanda ilk məşqçisi Rafael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb. İlk məşqçisi onda karateyə qarşı böyük sevgi oyada bilib, ona ilk vərdiş və bacarıqları aşılayıb.

İlk milli yarışlarda iştirak etməklə o, diqqəti cəlb edib və Füzuli Musayevin rəhbərliyi altında respublikanın ən məşhur idman klublarından biri “Budokan”da məşq etməyə dəvət alıb.

Rafael artıq ilk respublika çempionatında bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun diqqətini cəlb edə bilib.

O, beynəlxalq yarışlarda ilk dəfə olaraq milli yığma komandanın tərkibində 1997-ci ildə, Mişkolsda (Macarıstan) keçirilən açıq Dünya Kubokunda iştirak edib. Növbəti il o, İngiltərənin açıq çempionatının qalibi olub və bundan sonra, heç bir yarışdan medalsız geri qayıtmayıb.

2013-cü ildə ayağından zədə aldığı üçün 2014-cü ildə yarışlara qatıla bilməyıb. 2015-ci ildə yenidən var gücü ilə mübarizə aparmağa başlayıb.

75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə Rafael Ağayev 2015 Avropa Oyunlarında çempion adını qazanıb, qızıl medala sahib olub. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında da mübarizə aparıb. Finala qədər yüksələn Rafael Ağayev həlledici görüşdə məğlub olaraq Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

Azərbaycanın tanınmış karateçisinə Dövlət Gömrük Komitəsində (DGK) yeni vəzifə və rütbə verilib. Rafael Ağayev Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib. Təcrübəli karateçiyə mayor rütbəsi də verilib.

Qeyd edək ki, R.Ağayev İtaliyanın “Yuventus” klubunun sadiq azarkeşidir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri