25 
Okt
2018
20:31
269
100
8238
Virtual karabakh

Stadnik beşinci dəfə “yapon səddi”nə ilişdi - YENİLƏNİB

25 Okt, 2018
20:31
8238

Stadnik beşinci dəfə “yapon səddi”nə ilişdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan güləşçisi Mariya Stadnik dünya çempionatının gümüş mükafatçısı olub. 

Oxu.Az xəbər verir ki, idmançımız finalda yaponiyalı Yui Susakiyə 0:10 hesabı ilə məğlub olub. 

Qeyd edək ki, bu, Mariya Stadnikin dünya çempionatlarında qazandığı üçüncü gümüş medaldır. Birqat dünya, yeddiqat Avropa çempionu olan ukraynalı legionerimiz 2011 və 2015-ci ildəki dünya çempionatlarının finalında da yapon güləşçilərə uduzub. Üstəlik, 2012 və 2016-cı il Olimpiadalarının finallarında da onun qarşısını yaponlar kəsib. 

19.07

Azərbaycan güləşçisi Mariya Stadnik bu gün dünya çempionatının finalında qızıl mükafat uğrunda mübarizə aparacaq.

Oxu.Az xəbər verir ki, o, yaponiyalı Yui Susaki ilə qarşılaşacaq. 

Görüşdən öncə azarkeşlər Azərbaycan bayraqlarını tribunalardan asılmasına nail ola biliblər.

Qeyd edək ki, Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan bayraqlarının görüşlərin keçirildiyi Laslo Pap adına İdman Arenasında asılmağına icazə verilmədiyi bildirilsə də, azarkeşlərimiz buna nail ola bilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri