Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan bayraqlarının görüşlərin keçirildiyi Laslo Pap adına İdman Arenasında asılmağına icazə verilməyib.
Bu barədə Oxu.Az-a 79 kq çəki dərəcəsində Cəbrayıl Həsənovun finalını izləmək üçün Bakıdan Budapeştə yola düşmüş Bəxtiyar adlı azarkeş bildirib.
O qeyd edib ki, görüş zamanı ABŞ bayraqları asılsa da, Azərbaycan bayraqlarının asılmasına icazə verilməyib.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər