14 
Dek
2018
11:06
356
26
17920
Virtual karabakh

Rəşad Sadıqovdan erməni azarkeşə sərt reaksiya - VİDEO

14 Dek, 2018
11:06
17920

Rəşad Sadıqovdan erməni azarkeşə sərt reaksiya - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş “Arsenal” – “Qarabağ” matçının sonunda ermənilər təxribata cəhd edib.

Oxu.Az xəbər verir ki, Artur Zakaryan adlı Şuşadan olan bir erməni azarkeş üzərində erməni terrorçu Monte Melkonyan və qondarma “Dağlıq Qarabağın” bayrağı ilə meydana çıxıb. 

Məsələyə dərhal “Qarabağ”ın kapitanı Rəşad Sadıqov reaksiya verib. O, erməni azarkeşin bu hərəkətinə etirazını əsəbi formada çatdırıb. Həmin görüntünü təqdim edirik:

Arsenal fans display the Artsakh flag from bleachers during the match with Azerbaijan

Qeyd edək ki, “Arsenal” – “Qarabağ” görüşündə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.

Səbuhi MUSAYEV
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri