24 
May
2019
22:02
171
30
6792
Virtual karabakh

UEFA prezidenti Mxitaryanın Bakıya gəlməməsinə münasibət bildirib

24 May, 2019
22:02
6792

UEFA prezidenti Mxitaryanın Bakıya gəlməməsinə münasibət bildirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA prezidenti Aleksandr Ceferin Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib.

Ceferin final oyunu fonunda Azərbaycan haqqında deyilənlərə münasibət bildirərkən qeyd edib ki, bu, digər Avropa ölkələrinə də aiddir.

UEFA prezidenti Mxitaryanın “təhlükəsizlik” məsələsinə görə Bakıya gəlməməsindən də danışıb. Bildirib ki, Mxitaryanın dedikləri 2016-cı ildə Fransada  keçirilən “Avro-2016” oyunlarını yada salır.

“Terror hücumlarının hədəfində olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa, gələcəkdə heç nə təşkil edə bilməyəcəyik”, - deyə UEFA prezidenti qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri