13 
İyl
2019
13:16
219
21
2543
Virtual karabakh

Parapauerliftinq komandamız dünya çempionatında

13 İyl, 2019
13:16
2543

Parapauerliftinq komandamız dünya çempionatında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda təlim-məşq toplanışı keçmiş parapauerliftinq milli komandamız Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindədir.

Oxu.Az xəbər verir ki, parapauerliftinq üzrə Azərbaycanın paralimpiya yığma komandası dünya çempionatında iştirak edəcək.

Dünya çempionatında ölkəmiz adından baş məşqçi İlqar İbişovun rəhbərliyi altında beş idmançı mübarizə aparacaq. Bunlar Pərvin Məmmədov (-49 kq), Nurlan Babacanov (-97 kq), Elşən Hüseynov (-107 kq), Şamo Aslanov (+107 kq) və Bikəxanım Vəliyevadır (-55 kq).

Bu gün Avropa çempionumuz Pərvin Məmmədov ilk olaraq mübarizəyə başlayır.

Qeyd edək ki, dünəndən başlayan yarışlar iyulun 20-dək davam edəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri