19 
Yan
2020
15:55
146
32
4729
Virtual karabakh

Əmrə Can Liverpula qayıda bilər

19 Yan, 2020
15:55
4729

Əmrə Can Liverpula qayıda bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Everton”un baş məşqçisi Karlo Ançelotti “Yuventus”un yarımmüdafiəçisi Əmrə Can üçün 30 milyon funt ödəməyə hazırdır.

“Daily Mirror” məlumat yayıb ki, Əmrə “Yuventus”un baş məşqçisi Maurisio Sarrinin planlarına daxil deyil, ona görə də transferə açıqdır.

A Seriyasının bu mövsümündə Əmrə yalnız iki dəfə start heyətdə yer alıb. Buna görə də, çox güman ki, özü də Turindən getməkdə maraqlıdır.

İddia edilir ki, Ançelotti hələ ötən il “Napoli”də çalışarkən onu öz komandasında görmək istəsə də, buna maddi imkanlar yol verməyib.

Hazırda “Everton”la yanaşı, “İnter” də Canla maraqlanır. 

Qeyd edək ki, Əmrə Can əvvəl “Liverpul”da çıxış edib. Ona görə də eyni şəhərin digər klubunun azarkeşlərinin onu necə qarşılayacağı haqqında ətraflı düşünməlidir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri