21 
May
2020
11:28
15
76
2458
Virtual karabakh

Pandemiya dönəmində Azərbaycan futbolunda ilk transfer

21 May, 2020
11:28
2458

Pandemiya dönəmində Azərbaycan futbolunda ilk transfer

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah” klubu növbəti mövsüm üçün ilk transferini reallaşdırıb. 

Oxu.Az xəbər verir ki, gənc müdafiəçi Amin Seydiyevin keçidi ilə bağlı “Qəbələ” klubu ilə razılıq əldə olunub. 

21 yaşlı futbolçu ilə üç illik müqavilə bağlanıb. Müqavilə cari mövsüm başa çatdıqdan sonra qüvvəyə minəcək. Bu, pandemiya dövründə çempionatı yarımçıq qalmış Azərbaycan futbolunda ilk rəsmi transferdir.

Qeyd edək ki, Amin Seydiyev “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. O, 2017/2018 mövsümündən bu klubun əsas komandasında çıxış edir. Gənc müdafiəçi Azərbaycanın 21 yaşadək millisinin üzvüdür.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri