15 
Okt
2022
11:10
212
16
2545
Virtual karabakh

Ronaldu son beş ildə ilk dəfə “Qızıl top”un təqdimetmə mərasiminə qatılacaq

15 Okt, 2022
11:10
2545

Ronaldu son beş ildə ilk dəfə “Qızıl top”un təqdimetmə mərasiminə qatılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu “Qızıl top” mərasimində iştirak etməyə hazırlaşır.

37 yaşlı hücumçu sonuncu dəfə beş il əvvəl - 2017-ci ildə bu mükafatlandırma mərasimində olub və “Qızıl top”u qazanıb.

O, bu mükafatın beşqat qalibidir.

Bu mövsüm portuqaliyalı futbolçu bütün turnirlərdə keçirdiyi 11 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. 

Qeyd edək ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 17-də baş tutacaq.

Xatırladaq ki, Braziliya millisinin sabiq hücumçusu Ronaldo “Qızıl top”un gələcək qalibi barədə proqnozunu açıqlayıb. Onun fikrincə, səsvermədə “Real”ın fransalı hücumçusu Kərim Benzemanın qalib gəlmək şansı çoxdur.

Mənbə: Le Parisien

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri