29 
Noy
2022
13:42
37
109
4819
Virtual karabakh

Neymar ayağının zədəsi sağalmamış təzə problemlə üzləşdi - FOTO

29 Noy, 2022
13:42
4819

Neymar ayağının zədəsi sağalmamış təzə problemlə üzləşdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya futbol millisinin hücumçusu Neymarda virusa yoluxma əlamətləri müşahidə olunur. Bu barədə yığmanın hücumçusu Vinisus Junior xəbər verib.

Onun sözlərinə görə, Serbiya komandasına qarşı oyunda (2:0) topuğundan zədə alan Neymar braziliyalıların İsveçrə yığması ilə oyununu (1:0) Dohada komandanın qaldığı hoteldə izləyib.

“O, özünü çox yaxşı hiss etmədiyi üçün stadiona girə bilmədiyindən kədərli idi. Təkcə ayağına görə yox, həm də qızdırmasına görə. Ümid edirəm ki, o mümkün qədər tez sağalacaq”, - deyə Junior bildirib.

Qeyd edək ki, bir gün əvvəl Braziliya milli futbol komandasında virus yayıldığı barədə xəbərlər yayıldı. Məlumata görə, “Mançester Yunayted”in hücumçusu Antonidə qripə bənzər simptomlar və qusma müşahidə olunub. Daha sonra “Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa və “Liverpul”un qapıçısı Alisson xəstələniblər.

Yeri gəlmişkən, bildirək ki, Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin ilk turunda topuğundan aldığı zədə səbəbindən Neymar komandanın qalan görüşlərini buraxmalı olacaq.

Mənbə: Bild

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri