19 
Apr
2015
18:24
151
40
8412
Virtual karabakh

Ronaldodan tarixi rekord

19 Apr, 2015
18:24
8412

Ronaldodan tarixi rekord

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliyalı hücumçu “Malaqa”-ya vurduğu qolla yeni rekorda imza atıb.

İspaniya La Liqasının 31-ci turunda keçirilən “Real”-“Malaqa” matçı meydan sahiblərinin futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub. 

Oxu.Az Qol.Az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu matçın 90+2-ci dəqiqəsində qol vuraraq tarixi rekorda imza atıb. O, cari mövsümdə bütün turnirlərdə vurduğu qol sayını 50-ə çatıdırb.

Bununla da Ronaldo İspaniya futbolu tarixində ardıcıl 5 mövsüm 50 və daha çox qol vuran ilk futbolçu adını qazanıb.

Qeyd edək ki, 30 yaşlı forvard “Real”a transfer olunandan yalnız bir mövsüm 50 qolluq həddi keçə bilməyib. O, 2009/2010 mövsümündə 33 qol vurub 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri