2023-cü il Azərbaycan Qran-prisinin “Formula-2” üzrə sprint yarışında zəncirvari qəza baş verib.
Oxu.Az xəbər verir ki, Dennis Hoger, Viktor Martins, Cehan Daruvala və Teo Purşurenin idarə etdikləri bolidlər toqquşublar. Nəticədə onlar yarışı erkən dayandırmalı olublar.
Daha əvvəl “Charouz”un pilotu Roy Nissani 15-ci döngədə bolidini təhlükəsizlik baryerinə çırparaq mübarizəni dayandırıb. Nissanidən öncə isə Riçard Verşur, Ralf Boşunq və Ayumi İvasa mübarizəni erkən dayandırıblar.