30 
Apr
2023
17:33
114
60
3880
Virtual karabakh

“Formula-1”: “Red Bull” pilotu Bakıda komanda yoldaşı ilə xal fərqini azaldıb

30 Apr, 2023
17:33
3880

“Formula-1”: “Red Bull” pilotu Bakıda komanda yoldaşı ilə xal fərqini azaldıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi olan “Red Bull” pilotu Serxio Peres turnir cədvəlində komanda yoldaşı Maks Ferstappenlə xal fərqini 6-ya endirib.

“Report” xəbər verir ki, meksikalı sürücü 87 xalla ikinci pillədə qərarlaşıb.

Onun Bakıdakı yarışda ikinci yeri tutan niderlandlı həmkarı hazırda liderdir - 93 xal.

Mübarizəni dördüncü bitirən “Aston Martin”dən Fernando Alonso 60 xalla “ilk 3-lüy”ü qapayır. Onlar müvafiq olaraq 25, 18 və 12 xal əldə ediblər.

Bakıdakı Qran-pridə podiumda yer alan “Ferrari”dən Şarl Lekler 28 xalla 6-cıdır.

Konstruktorlar kubokunun lideri isə “Red Bull” (180 xal) komandasıdır. “Aston Martin” 87 xalla ikinci, “Mercedes” isə 76 xalla üçüncü sıradadır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri