22 
Apr
2015
09:50
81
5
1461
Virtual karabakh

Şəhriyar Məmmədyarov Vladimir Kraminkə qalib gəldi

22 Apr, 2015
09:50
1461

Şəhriyar Məmmədyarov Vladimir Kraminkə qalib gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Shamkir Chess superturnirində 5 tur arxada qaldı.

Bu gün Azərbaycanın tanınmış qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Shamkir Chess şahmat superturnirində istirahət günüdür.

Oxu.Az xəbər verir ki, fasilədən öncə dünya çempionu Maqnus Karlsen liderliyə yüksəlib. O, 5-ci turda fransız Maksim Vaşye-Ləqrava qalib gəlib.

Lakin günün əsas nəticəsi azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun keçmiş dünya çempionu, rusiyalı Vladimir Kramnik üzərində qələbəsi olub.

5-ci turadək liderlik edən amerikalı Uesli So daha bir keçmiş dünya çempionu – Vişi Ananda uduzub.

Azərbaycanın digər təmsilçisi Rauf Məmmədov ingilis Maykl Adamsla heç-heçə oynayıb. İtaliyalı Fabiano Karuana və hollandiyalı Aniş Giri də sülh bağlayıblar.

5 turdan sonra turnir cədvəli:

1. Karlsen - 4 xal

2. So – 3,5 xal

3. Anand – 3 xal

4-5. Məmmədyarov, Kramnik – hərəsi 2,5 xal

6-9. Giri, Vaşye-Ləqrav, Karuana, Məmmədov – hərəsi 2 xal

10. Adams – 1,5 xal.

F.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri