25 
Okt
2023
16:36
93
5
716
Virtual karabakh

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

25 Okt, 2023
16:36
716

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal uğrunda görüşdə iştirak edəcək.

Oxu.Az xəbər verir ki, 73 kiloqramda mübarizə aparan idmançı yarımfinala qədər irəliləsə də, bu raundda Özbəkistan təmsilçisi Şakram Ahadova uduzub.

O, bürünc medal uğrunda ABŞ-dən olan Cek Yonezuka ilə üz-üzə gələcək.

Eyni çəkidə mübarizə aparan İbrahim Əliyev ilk qarşılaşmada məğlub olub.

Ötən gün Leyla Əliyeva (48 kq) bürünc medal qazanıb, Ruslan Paşayev (66 kq) isə beşinci olub.

Qeyd edək ki, Azərbaycanı yarışda 14 cüdoçu təmsil edir. Turnir oktyabrın 26-da başa çatacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri