26 
Okt
2023
16:02
73
5
590
Virtual karabakh

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışa qatılacaqlar

26 Okt, 2023
16:02
590

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışa qatılacaqlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan stolüstü tennisçiləri daha bir beynəlxalq yarışa qatılacaqlar.

Oxu.Az xəbər verir ki, oktyabrın 27-də Latviyanın paytaxtı Riqada keçiriləcək “Riga City Council's Youth Cup” turnirində 11 idmançımız gücünü sınayacaq.

Millinin məşqçiləri Fərhad İsmayılov, Ramil Cəfərov və Zakir Cavadovun rəhbərliyi altında qızlar arasında Arzu Aslanova, Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Banu Baytallı və Xədicə Eylazova mübarizə aparacaqlar. Oğlanların turnirinə isə Hüseyn Eylazov, Rüstəm Hacılı, Tunar Bağırov, Şakir Qədirov və Adil Əhmədzadə qatılacaqlar.

Qeyd edək ki, beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri