30 
Okt
2023
11:44
40
6
1625
Virtual karabakh

Üçqat dünya çempionu Maks Ferstappen “Formula-1” rekordunu yeniləyib - FOTO

30 Okt, 2023
11:44
1625

Üçqat dünya çempionu Maks Ferstappen “Formula-1” rekordunu yeniləyib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Red Bull” komandasının pilotu, üçqat dünya çempionu Maks Ferstappen Meksikada baş tutan “Formula-1” Qran-prisinin qalibi olub.

Bu onun mövsümdə 16-cı qələbəsi olub. Ferstappen bu göstərici üzrə rekordu yeniləyib - onun 2022-ci ildə 15 qələbəsi rekord göstərici idi.

Qran-pridə ikinci yeri “Mercedes” komandasının pilotu britaniyalı Lyuis Hamilton tutub. İlk üçlüyü “Ferrari” ilə Şarl Lekler tamamlayıb.

Qeyd edək ki, niderlandlı Ferstappen “Formula-1” üzrə üçqat dünya çempionudur (2021, 2022 və 2023). O, həm də “Formula-1” Qran-prisinin ən ardıcıl qələbələri rekorduna sahibdir - 2023-cü ildə o ardıcıl 10 dəfə mərhələdə qalib olub.

Mənbə: Çempionat

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri