Dek
2023
02:22
51
224
5482
Virtual karabakh

Konfrans Liqası: “Beşiktaş”la “Fənərbağça” böyük hesabla məğlub oldular - YENİLƏNİB + VİDEO

1 Dek, 2023
02:22
5482

Konfrans Liqası: “Beşiktaş”la “Fənərbağça” böyük hesabla məğlub oldular - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Konfrans Liqasının V turu Türkiyənin “Fənərbağça” klubu üçün uğursuz olub.

İstanbul komandası səfərdə Danimarkanın “Norşellan” kollektivinə böyük hesabla uduzub - 6:1. Bu məğlubiyyət həm də türkiyəlilər üçün qrup liderliyinin itirilməsilə nəticələnib.

Beləliklə də, beş oyundan sonra 9 xala malik “Fənər” H qrupunda 3-cü sıraya düşüb. “Norşellan” isə xallarının sayını 10-a çatdıraraq ilk pilləyə yüksəlib.

02:15

UEFA Konfrans Liqası çərçivəsində V turun oyunları keçirilir.

Oxu.az xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubu doğma meydanda D qrupunun lideri olan Belçika “Brügge”sini qəbul edib.

İstanbullular elə ilk dəqiqələrdən təşəbbüsü qonaq komandaya təslim ediblər. Bunun nəticəsi kimi, matç “Brügge”nin 0:5 hesablı mütləq üstünlüyü ilə yekunlaşıb.

Qeyd edək ki, hazırda Belçika kollektivi 13 xalla qrupda 1-ci, turnirdə qələbəyə həsrət qalan “Beşiktaş” isə cəmi 1 xalla sonuncu yerdədir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri