Dek
2023
23:32
195
21
2448
Virtual karabakh

Qadın futbolçulardan ibarət Azərbaycan millisi B Liqasına yüksəlib - YENİLƏNİB + VİDEO

1 Dek, 2023
23:32
2448

Qadın futbolçulardan ibarət Azərbaycan millisi B Liqasına yüksəlib - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Oxu.Az xəbər verir ki, C Liqasında yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 3-cü qrupun V turunda Kiprin qonağı olub.

Qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib. 9-cu dəqiqədə Diana Məmmədova fərqlənib.

Beləliklə, xallarının sayını 13-ə çatdıran millimiz qrup liderliyini təmin edib və B Liqasına yüksəlib.

Qrupun digər görüşündə Monteneqro Farer adalarını 9 cavabsız qolla üstələyib.

09:38

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Millətlər Liqasında növbəti oyununu keçirəcək.

“Report” xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda V turda Kipr kollektivinin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Meydan sahibləri 7 xalla ikinci pillədə qərarlaşıblar, yığmamız isə 10 xalla liderdir.

Komandamız qələbə qazanacağı təqdirdə B Liqasına yüksələcək.

C Liqasının 3-cü qrupunun digər görüşündə Monteneqro Farer adaları ilə üz-üzə gələcək. Bu matç isə saat 16:00-da start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri