Azərbaycan millisi İngiltərənin Mançester şəhərində keçirilən parataekvondo üzrə Qran-prinin final mərhələsini bir medalla başa vurub.
Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.
İmaməddin Xəlilov Böyük Britaniyanın Mançester şəhərində keçirilən Qran-pridə bürünc medal qazanıb. O, K44 kateqoriyasında 70kq çəki dərəcəsində yanvar ayında açıqlanacaq Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya qazanacaq idmançılar siyahısına başçılıq edir.
Xatırladaq ki, İmaməddin Xəlilov bu ilin avqust ayında Niderlandın Rotterdam şəhərində keçirilən Avropa Paralimpiya Oyunlarının, həmçinin Meksikanın Verakruz şəhərində keçirilən Dünya çempionatının qalibi tituluna yiyələnib.