Dek
2023
13:20
149
9
1581
Virtual karabakh

Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirini üç medalla başa vurublar - YENİLƏNİB

3 Dek, 2023
13:20
1581

Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirini üç medalla başa vurublar - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan cüdoçuları Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirini üç medalla başa vurublar.

Oxu.Az-ın məlumatına görə, yarışın ikinci günündə bir idmançı fəxri kürsüyə qalxıb.

Zelim Kotsoyev (100 kq) 3-cü yer uğrunda dueldə italiyalı Cennaro Pirelliyə qalib gəlib. Əvəzində Balabəy Ağayev bürünc medal uğrunda görüşdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) bayrağı altında çıxış edən Ayub Bliyevə uduzub.

Qeyd edək ki, ötən gün Hidayət Heydərov (73 kq) qızıl, Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Azərbaycan millisi yarışa 13 kişi, 1 qadın cüdoçu ilə qoşulmuşdu.

13:02

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Tokio Böyük Dəbilqənin bürünc medalını qazanıb.

Bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə Böyük Dəbilqə turnirinin ikinci yarış günü kişilər arasında -100 kq çəki dərəcəsində yarışan cüdoçumuz Zelim Kotsoyev üçüncü yer uğrunda mübarizədə İtaliya təmsilçisi Qennaro Pirelli üzərində qələbə qazanaraq bürünc medal əldə edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri