Dek
2023
00:56
96
6
2384
Virtual karabakh

Avro 2024-ün topu əllə oyun və ofsaydları müəyyən edəcək

5 Dek, 2023
00:56
2384

Avro 2024-ün topu əllə oyun və ofsaydları müəyyən edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2024-cü il Avropa çempionatında əllə oyun və oyundankənar vəziyyətləri müəyyən etmək üçün xüsusi topdan istifadə ediləcək.

Məlumata görə, turnirdə hakimlərin qərarlarına top izləmə texnologiyası yardımçı olacaq.

Mikroçip topların xarici təbəqəsinin altında gizlədilib və xüsusi aşkarlama sistemi ilə təchiz edilib.

Texnologiya qərar qəbul edənlərə oyunçuların skeletlərinin üçölçülü görünüşünü təqdim edəcək və topun bədənin hansı hissəsinə dəydiyini dəqiq müəyyən etmək mümkün olacaq.

Bu texnologiya hakimlər tərəfindən verilən hər hansı qərarı ləğv etməyəcək.

Mənbə: championat.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri