Dek
2023
08:10
98
69
3610
Virtual karabakh

Mayk Taysonun təyyarədə döydüyü sərnişin təzminat tələb etdi - FOTO

6 Dek, 2023
08:10
3610

Mayk Taysonun təyyarədə döydüyü sərnişin təzminat tələb etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

San-Fransiskodan Floridaya uçan “JetBlue” təyyarəsində ağır çəkidə boks çempionu Mayk Tayson tərəfindən döyülən sərnişin 450 min dollar təzminat tələb edir.

Bu barədə sərnişini təmsil edən vəkil Mayk Taysonun hüquq qrupunu məlumatlandırıb.

Vəkilin sözlərinə görə, 2022-ci ilin aprelində səfər zamanı Taysonun hücumuna məruz qalan Melvin Taunsend adlı sərnişin xəsarət alıb və ziyan görüb. Bu səbəblə də vəkil məhkəməyə qədər razılaşma əldə olunmasını təklif edib.

Taysonun hüquq qrupu bu gözlənilməz xəbərə hazırlıqlı olmayıb. Sərnişin bir il əvvəl ittiham irəli sürmədiyi üçün bu xəbər onları təəccübləndirib.

Melvin Taunsendin vəkili tərəfindən yazılan məktubda bildirilib ki, müvəkkilində hadisədən dərhal sonra şiddətli baş və boyun ağrıları başlayıb və hələ də Taysonun hücumunun təsiri altındadır. Buna görə də Taunsend müalicə, dərman, depressiya və digər müalicələr də nəzərə alınaraq tibbi xidmətlərin ödənməsi üçün 450 min dollar təzminat tələb edir.

Xatırladaq ki, 2022-ci ilin aprelində San-Fransiskodan Floridaya uçuş zamanı sərnişinlərdən biri bu hadisəni lentə alıb. Onun çəkdiyi görüntülərdə Taysonun arxasında əyləşən Taunsendin boksçunun başının üstündə dayandığı və onu ələ saldığı əks olunub. Buna görə də Tayson onun üzünə dəfələrlə yumruq vurub.

Tayson daha sonra etdiyi hərəkətə görə üzr istəyib. Lakin hücuma məruz qalan sərnişin ona qarşı heç bir ittiham irəli sürməmək qərarına gəlib.

O zaman hadisə ilə bağlı araşdırma aparan prokuror zərərçəkmiş tərəfindən ittiham olmadığı üçün məhkəmə prosesinin başlanmadığını açıqlayıb.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri