12 
Fev
2024
15:06
68
6
2216
Virtual karabakh

“Bayer”dən “Liverpul”a Alonso ilə bağlı mesaj

12 Fev, 2024
15:06
2216

“Bayer”dən “Liverpul”a Alonso ilə bağlı mesaj

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bayer”in (Leverkuzen) idman direktoru Saymon Rolfes baş məşqçisi Xabi Alonsonun yaxın gələcəkdə klubu tərk etməyəcəyinə əmin olduğunu açıqlayıb.

“Bəli, mən buna əminəm. Səbəblərdən biri də müqavilədir. Digəri isə onun və ailəsinin Leverkuzendə özlərini rahat hiss etməsidir. Onun çox yaxşı komandası və bu komandanın parlaq perspektivləri var. Komandanın tərkibində hər hansı dəyişiklik gözlənilmir. Gələn il mütləq yüksəksəviyyəli komandamız olacaq”, - deyə “Bayer”in idman direktoru vurğulayıb.

Xatırladaq ki, İngiltərənin “Liverpul” klubu Yurgen Kloppun gedişindən sonra komandanın sükanı arxasında Xabi Alonsonu görmək istədiyini açıqlayıb. Hətta bu keçidlə bağlı “mersesaydlılar”ın “Bayer” rəhbərliyi ilə danışıqlara başladığı da bildirilir.

Mənbə: “Championat”

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri