20 
Fev
2024
18:50
101
2
1631
Virtual karabakh

İki topun revanşı: “Braqa”nın uğursuz statistikası

20 Fev, 2024
18:50
1631

İki topun revanşı: “Braqa”nın uğursuz statistikası

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Braqa” avrokuboklar tarixində heç vaxt iki topluq fərqi aradan qaldırmayıb.

İdman.biz xəbər verir ki, bu faktı Portuqaliya mətbuatı araşdırıb.

Pireneylilər Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaqlar. Braqanın eyniadlı təmsilçisi 12 dəfə ilk sınaqda 2 və ya daha çox top fərqi ilə uduzub. Onlar heç vaxt bunu aradan qaldırmayıblar.

Əvvəlki 12 belə hadisədən 5-də revanş cəhdi səfərdə olub. “Qarabağ” “Braqa”nın meydanındakı ilk matçda ən azı iki top fərqi ilə qalib gələn 6-cı komandadır. Əvvəlki 5 duelin yalnız birində heç-heçə edən “Braqa” 4 dəfə ikinci görüşdən də məğlub ayılıb. 2010/11 mövsümündə “Beşiktaş”a evdə 0:2 hesabı ilə uduzan portuqaliyalılar İstanbuldan sülhlə ayrılıblar - 1:1.

Ümumiyyətlə isə “Braqa”nın tarixində yalnız bir səfər matçının nəticəsinin Bakıda təkrarlanması portuqaliyalıların lehinə olacaq. İndiyədək 89 dəfə rəqib meydanına çıxan komanda Serbiyada “Baçka Topola”nı 4:1 hesabı ilə məğlub edib. “İkinci eşelon” təmsilçisinin aktivində iki top fərqli 9 qələbə də var. Həmin nəticələrin təkrarlanması isə 1/8 finalçının adına əlavə vaxtda aydınlıq gətirəcək.

Qeyd edək ki, Portuqaliyada 4:2 hesablı qələbə qazanan “Qarabağ” “Braqa” ilə cavab oyununa fevralın 22-də çıxacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri