22 
Fev
2024
17:08
83
42
1307
Virtual karabakh

“İnter Mayami”nin baş məşqçisi: “Messidə başqalarında olmayan xüsusiyyət var”

22 Fev, 2024
17:08
1307

“İnter Mayami”nin baş məşqçisi: “Messidə başqalarında olmayan xüsusiyyət var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İnter Mayami”nin baş məşqçisi Xerardo Moreno argentinalı hücumçu Lionel Messinin yeni mövsümün ilk oyunundakı çıxışından razı qalıb.

“İnter Mayami” doğma meydanda “Real Solt Leyk”ə 2:0 hesabı ilə qalib gəlib.

“O, çox yaxşı oynadı, rahat idi, sürətli oyun nümayiş etdirdi. Onda başqa oyunçularda olmayan bir şey var - o, topu rəqib qapısından uzaqda da qəbul edəndə təhlükəli an gözləyirsən. Onun yaxşı çıxış etdiyinə görə şadam”, - mütəxəssis bildirib.

Messi Fransanın PSJ klubunda iki il oynadıqdan sonra 2023-cü ilin yayında ABŞ klubuna keçib. Avqustun 20-də argentinalı ABŞ-də ilk kubokunu - Liqa Kubokunu qazanıb. Ötən mövsüm 14 oyunda Messi 11 qol vurub və beş məhsuldar ötürmə edib.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri