24 
Fev
2024
15:14
104
6
1286
Virtual karabakh

Aftandil Hacıyev: “Bayer”ə qarşı bu dəfə fərqli matçlar olacaq” - VİDEO

24 Fev, 2024
15:14
1286

Aftandil Hacıyev: “Bayer”ə qarşı bu dəfə fərqli matçlar olacaq” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Potensial rəqiblərimizdən “Bayer” və “Liverpul” təhlükəli sayılırdı. Son vaxtlar leverkuzenlilər ingilislərdən belə güclüdürlər”.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan “Qarabağ”ın sabiq futbolçusu Aftandil Hacıyev deyib.

42 yaşlı mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib. Hacıyev bildirib ki, “Bayer”ə rəqib olan “Qarabağ”ın əsas üstünlüyü rəqibi yaxşı tanımağıdır: “Onların heyəti çox güclüdür. 3-4 oyunçunun adını çəkmək kifayətdir. Viktor Bonifeys, Florian Virtz artıq bir çox top klubun diqqətindədirlər. Uzun müddətdir ki, məğlub olmurlar. Yeganə sevindirici tərəf bu rəqibi tanımağımızdır. “Qarabağ”ın bu mərhələdə çıxış etməsi bizim ölkəmiz üçün böyük nailiyyətdir. “Braqa” ilə görüşdə 10 nəfərlə mərhələ adlamaq ümid yaradır ki, “Bayer”lə oyuna da nikbin çıxacağıq. Bu dəfə onlara qarşı fərqli matçlar olacaq”.

Qeyd edək ki, 1/8 finalın ilk oyununda “Qarabağ” martın 7-də Bakıda “Bayer”i qəbul edəcək. Cavab matçı isə ayın 14-də keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri