24 
Fev
2024
12:42
34
64
1799
Virtual karabakh

Azərbaycan klubunun baş məşqçisi istefa verdi - VİDEO

24 Fev, 2024
12:42
1799

Azərbaycan klubunun baş məşqçisi istefa verdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qəbələ” komandasının baş məşqçisi Elmar Baxşıyev istefa verib.

Bu barədə “qırmızı-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.

2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulundan baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada işləyib.

2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub.

“Qəbələ” Baxşıyevin rəhbərliyi altında 2022/2023 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri