26 
Fev
2024
19:52
81
10
820
Virtual karabakh

İspaniyalı məşqçi: “Seçmə mərhələdəki qələbə Azərbaycan basketbolunun inkişafı üçün böyük təkan olacaq”

26 Fev, 2024
19:52
820

İspaniyalı məşqçi: “Seçmə mərhələdəki qələbə Azərbaycan basketbolunun inkişafı üçün böyük təkan olacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fantastik qələbə idi. Bütün komanda ilə qürur duyuram”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında basketbol üzrə Azərbaycan millisinin məşqçisi Alberto Blanko dünya çempionatının seçmə mərhələsində Bakıda Kosovoya 87:77 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.

İspaniyalı mütəxəssis bildirib ki, bu qələbə Azərbaycan basketbolunun inkişafı üçün böyük təkan olacaq: “Yeni səviyyəli yarışda mübarizə apardıq. Qalib gəlməyimiz müsbət məqam idi. Oyunçular meydanda ürəklərini qoydular. Bu, inanılmaz idi. Layiqli qələbə qazandıq. Sübut etdik ki, Azərbaycan basketbolu inkişaf edir. Çox xoşbəxtəm”.

O, oyundan-oyuna daha yaxşı çıxış edəcəklərini söyləyib: “İnkişaf etmək üçün bütün detalları analiz etməli, daha çox qələbə qazanmalıyıq. Heç bir məğlubiyyət hədəflərimizi dəyişə bilməz. Öz üzərimizdə daha çox işləməliyik”.

A.Blankonun sözlərinə görə, Azərbaycan basketbolunda potensialı yüksək olan oyunçular var: “İndi onların inkişafı üçün çalışmalıyıq. Oyunçuları üst səviyyəyə qaldırmaq istəyiriksə, plan hazırlamalı və bu yolda əlimizdən gələni etməliyik”.

Qeyd edək ki, Azərbaycan millisinin seçmə mərhələdəki növbəti rəqibi İrlandiya yığması olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri