26 
Fev
2024
20:52
106
6
771
Virtual karabakh

Azərbaycanın qadın güləşçiləri növbəti toplanışa start veriblər - FOTO

26 Fev, 2024
20:52
771

Azərbaycanın qadın güləşçiləri növbəti toplanışa start veriblər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın qadınlardan ibarət əsas, U-20 və U-17 yığmalarının üzvlərindən formalaşmış geniş heyət Göygöl Olimpiya İdman Kompleksində məşqlərə başlayıb.

Federasiyadan verilən məlumata görə, martın 10-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Toğrul Əsgərov, məşqçi Ağahüseyn Mustafayev, eləcə də U-20 və U-17 millilərinin böyük məşqçisi Rövşən Umudovla Solmaz Adilovanın rəhbərliyi altında 27 güləşçi yer alıb.

Qeyd edək ki, hazırlıq prosesinə qatılan güləşçilərin bir qismi martda Türkiyənin Antalya şəhərində keçiriləcək “Zəfər kuboku” və “Çempionlar” turnirində iştirak edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri