27 
Fev
2024
13:32
27
28
2237
Virtual karabakh

Azərbaycanda iş adamı federasiyanın vitse-prezidenti oldu - FOTO

27 Fev, 2024
13:32
2237

Azərbaycanda iş adamı federasiyanın vitse-prezidenti oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Boks Federasiyasının (ABF) ümumi yığıncağı keçirilib.

Federasiyadan Oxu.Az-a verilən məlumata görə, toplantıda ABF-nin Nizamnaməsi yeni redaksiyada təsdiq edilib. Həmçinin səsvermə əsasında Vasif Sultan oğlu İsmayılov Federasiyanın yeni vitse-prezidenti seçilib. 1972-ci ildə doğulan V.İsmayılov iş adamı kimi və uzun illər diaspor sahəsində fəaliyyət göstərir.

İclasda 2023-cü ilin yekunları, federasiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri, hakimlərin fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib.

Qeyd olunub ki, Azərbaycan boksçuları 2022-ci ildə rəsmi və beynəlxalq yarışlarda 30 qızıl medal qazanmışdılarsa, ötən il 35 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yeniyetmə boksçularımızın uğurları da artıb. Onlar ötən il 7 beynəlxalq yarışda 60 mükafat qazanıblar. Avropa birinciliyinə qatılan məktəbli boksçuların nailiyyətləri də əlavə olunmaqla, medal sayı 64 olub.

Ötən il Azərbaycan boksu üçün uğurlu olub. Boksçularımız rəsmi və beynəlxalq yarışlarda 2022-ci ildə 77 medal qazanmışdılarsa, 2023-cü ildə bundan 2,3 dəfə çox olmaqla 179 medal əldə ediblər.

Beləliklə, boks üzrə yeniyetmələrdən ibarət yığma 2022-ci illə müqayisədə ötən il 3,3 dəfə çox medal əldə edib. Gənc boksçularımızın medal sayı isə 3,2 dəfə artaraq əvvəlki ilə nisbətən 16-dan 2023-cü ildə 51-ə yüksəlib.

Bu il 100 illik yubileyini qeyd edən Azərbaycan boksu üçün əsas hədəf “Olimpiya qızılına doğru” devizi ilə yollanacağı Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal əldə etməkdir.

İclasda boksumuzun yeni qələbələr əldə etməsi üçün görülən işlər və qarşıda duran hədəflər müzakirə olunub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri