28 
Fev
2024
00:08
59
13
1638
Virtual karabakh

İspaniya məhkəməsi “Real Madrid” və “Atletik” klublarının iddiasını rədd edib

28 Fev, 2024
00:08
1638

İspaniya məhkəməsi “Real Madrid” və “Atletik” klublarının iddiasını rədd edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya məhkəməsi “Real Madrid” və “Atletik” (Bilbao) futbol klublarının ölkə çempionatının təşkilatçısı olan La Liqa rəhbərliyinə qarşı iddialarını rədd edib.

Klublar La Liqanı “CVC Capital Partners” şirkəti ilə müqavilə bağlamaq istəmədikləri üçün məhkəməyə veriblər. Məhkəmə isə klubların səhmlərinin 8,2%-nin “CVC Capital Partners”ə köçürülməsi müqabilində vəsaitin alınması ilə bağlı əməliyyatı qanunsuz hesab etməyib.

Amma bildirilib ki, məhkəmə qərarından müəyyən edilmiş qaydada şikayət verilə bilər.

Qeyd edək ki, “Real Madrid” və “Atletik” İspaniya çempionatının yüksək və birinci divizionlarından “CVC Capital Partners” ilə müqaviləni tanımayan yeganə klublar olaraq qalırlar, 38 klub isə şirkətlə müqavilə imzalayıb. Müqavilə 2021-ci ilin sonunda təsdiqlənib və 50 il müddətinə qüvvədədir. 2022-ci ilin yanvarında “Real Madrid” və “Atletik” müqavilənin İspaniya futboluna zərər verdiyini və ölkənin idman qanunlarını pozduğunu bildirərək məhkəməyə şikayət ediblər.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri