29 
Fev
2024
11:52
9
72
1003
Virtual karabakh

“Çelsi” ilə oyun zamanı azarkeş tribunadan yıxılaraq xəsarət aldı - VİDEO

29 Fev, 2024
11:52
1003

“Çelsi” ilə oyun zamanı azarkeş tribunadan yıxılaraq xəsarət aldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Kubokunun 1/8 finalında “Çelsi” ilə (3:2) matçı zamanı “Lids”in azarkeşi “Stemford Bric” tribunasından yıxılaraq xəstəxanaya aparılıb.

Məlumata görə, “Lids” azarkeşi komandasının ilk qolunu qeyd edərkən “Stemford Bric”də tribunanın yuxarı hissəsindən aşağı pillədəki azarkeşlərin üzərinə yıxılaraq xəsarət alıb.

Qeyd edək ki, hadisə matçın səkkizinci dəqiqəsində baş verib. Tibb işçiləri və polislər dərhal zərərçəkmişə yardım ediblər.

Xatırladaq ki, “Çelsi” “Lids”lə görüşdəki qələbə sayəsində İngiltərə kubokunun 1/4 finalına yüksəlib. Yarımfinalda London klubu “Lester”lə qarşılaşacaq.

Mənbə: Championat

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri